Modern.az

Teleradio Şurasından Xoşqədəmin verilişindəki qalmaqala REAKSİYA

Teleradio Şurasından Xoşqədəmin verilişindəki qalmaqala REAKSİYA

14 Noyabr 2016, 12:42

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleaparıcı Xoşqədəm Hidayətqızının vaxtilə ATV-də yayımlanan “Səni axtarıram” verilişi ilə bağlı qalmaqala münasibət bildirib.

 

Milli Telaradio və Milli Teleradio Şurasının Monitorinq (MTRŞ) şöbəsinin müdiri Təvəkkül Dadaşov Modern.az-a deyib ki, efirə getməyən kadrlarla bağlı hansısa addım atmağı düşünmürlər:

 

“Bu 2014-cü ildə baş verən hadisədir. Üstündən 2 il keçib və Xoşqədəm Hidayətqızı hazırda o kanalda çalışmır. Hazırda veriliş başqa kanalda yayımlanır. İndi kim deyə bilər ki, həmin hal davam edir?”.

 

MTRŞ rəsmisi “həmin halların baş vermədiyinə kim zəmanət verir” sualına cavabda telekanala müraciət olunmasını tövsiyə edib.

Xoşqədəm Hidayətqızının 2014-cü ildə “Səni axtarıram” verilişində efirə gedən materialın kadrarxası görüntüləri yayılıb. Videoda efirə gedən kadrların əvvəlcədən səhnələşdirildiyi aydın görünür.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi