Modern.az

Azərbaycan banklarındakı əmanətlərin məbləği AÇIQLANDI

Azərbaycan banklarındakı əmanətlərin məbləği AÇIQLANDI

Aktual

14 Noyabr 2016, 13:56

2016-cı ilin sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib.

 

Bu haqda Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, kreditlərin 13211,3 milyon manatı uzunmüddətli olub.

Kredit portfeli 2015-ci il sentyabr ayının 1-i ilə müqayisədə 16,2 faiz azalıb.

 

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il sentyabr ayının 1-nə 7931,9 milyon manat təşkil edib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi