İstanbulun Maltəpə rayonunda partlayış olub.
Modern.az Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, 4 mərtəbəli binada yerləşən bir firmaya yüklərin arasında paket göndərilib. Həmin paketin şirkət əməkdaşları tərəfindən açılmasından sonra partlayış baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya aparılıb.
Modern.az