Modern.az

Bakılı gənc Moskvanın mərkəzində avtomatdan atəş açdı

Bakılı gənc Moskvanın mərkəzində avtomatdan atəş açdı

Aktual

14 Noyabr 2016, 16:36

Moskvanın mərkəzi küçələrindən sayılan Bauman küçəsində 25 yaşlı azərbaycanlı avtomatdan havaya atəş açıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə bu səhər baş verib.

 

“Hadisə yerinə gələn polislər İnfiniti markalı avtomobildə hərəkət edən və heç yerdə işləməyən 25 yaşlı Bakı sakininin havaya atəş açdığını müəyyən edib”-deyə rəsmi məlumatda deyilir.

 

Sonradan saxlanılan maşından avtomat, 7,62 mm-lik 9 güllə və 10 giliz tapılaraq müsadirə olunub.

Gözaltına alınan azərbaycanlı haqda “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

 

Vüqar İSMAYILOV

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi