Modern.az

Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir - FOTOLAR

Azərbaycan Ordusunun irimiqyaslı təlimləri davam edir - FOTOLAR

14 Noyabr 2016, 17:57

Azərbaycan Silahlı Qüvvələrində irimiqyaslı təlimlər keçirilir.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, səhra şəraitində qoşunların idarə olunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilir.

 

Noyabrın 18-dək davam edəcək təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.

 

Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq.

 

Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi