İran 2017-ci ildə benzin idxalından imtina edəcək. Modern.az saytı İran mediasına istinadən xəbər verir ki, bu addım 36 ildən sonra atılan ilk addımdır. "National Iranian Oil Refining and Distribution Company" şirkətinin (NIORDC) icraçı direktoru Abbas Kazeminin sözlərinə görə, ilin əvvəlində idxalın həcmi gün ərzində 10-12 milyon litr olub, hazırda isə göstəricilər 4,5-5 milyon litrə enib.
A.Kazemi bildirib ki, gələcəkdə İranda neft emalı ilə bağlı daha bir neçə layihə həyata keçiriləcək. Gələn il Bender-Abbas və Lavanda iki zavodun istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda "Persian Gulf Star Refinery" iri neft emalı zavodunun birinci fazası işə düşəcək. Burada gün ərzində 36 milyon litr benzin istehsal olunacaq.
Modern.az