Modern.az

Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğrayıb

14 Noyabr 2016, 22:13

Rusiyaya məxsus MİQ-29 qırıcı təyyarəsi Aralıq dənizində qəzaya uğrayıb. Modern.az saytı xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza təlim uçuşu zamanı baş verib. Qəzaya səbəb isə texniki nasazlıq olub. Təyyarə “Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb.

Məlumata görə, pilot sağ qalıb və  onun həyatına təhlükə yoxdur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?