Modern.az

Orxan Zeynalov niyə Azərbaycana ekstradisiya olunmadı?..

Orxan Zeynalov niyə Azərbaycana ekstradisiya olunmadı?..

Aktual

15 Noyabr 2016, 09:26

“Orxanın Azərbaycana ekstradisiyası üçün bütün sənədləri yığıb Ədliyyə Nazirliyinə təqdim etmişəm. Elə hey deyirlər gözlə. Mən daha nə qədər gözləməliyəm?”..

Bunu Modern.az-a Rusiyada 17 il azadlıqdan məhrum edilən azərbaycanlı Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.

O, aidiyyatı orqanların işə yetərincə diqqət ayırmamasından narazılıq edib:

“Cənab Mübariz Qurbanlı bizim deputatımız olaraq o vaxt lazımi köməklik göstərdi. Amma o, indi ayrl bir qurumun rəhbəridir. Ədliyyə Nazirliyi isə böyük üstünlüyə malikdir. Bu işi yalnız onlar həll edə bilərlər. Onlardan isə səs-soraq çıxmır”.

 

Z.Zeynalov oğlunun saxlanma şəraitində müəyyən nöqsanlar olduğunu bildirib:

“Orxana tez-tez baş çəkirik, əmisi, yaxın qohumlarımız onunla görüşürlər. Amma bir çox hallarda onunla görüşə süni məhdudiyyət yaradırlar. Apardıqlarımızı özünə vermirlər.

Ata kimi istərdim ki, övladım öz respublikamıza gətirilsin. Heç olmasa burada yaxında olar. Anası xəstədir, təzyiqi var, gedib-gələ bilmir. Yaşlı adamıq, bu gün varıq, sabah yox”.

 

Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi