Modern.az

Elmar Məmmədyarov Portuqaliyaya getdi

Elmar Məmmədyarov Portuqaliyaya getdi

Aktual

15 Noyabr 2016, 09:30

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Modern.az-a XİN-nin mətbuat xidməti xəbər verib.

Səfər əsnasında nazir Elmar Məmmədyarovun Portuqaliya Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq. 



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi