Modern.az

Tofiq Zülfüqarov: “Tramp ABŞ-ın xarici siyasətində izoliyasiya siyasəti aparacaq”  

Tofiq Zülfüqarov: “Tramp ABŞ-ın xarici siyasətində izoliyasiya siyasəti aparacaq”  

Aktual

15 Noyabr 2016, 10:00

ABŞ-ın keçmiş prezidenti Barak Obama hakimiyyətə yeni gələndə Rusiya ilə münasibətlərdə normallaşma gedirdi. Hətta “perezaqruska”adı ilə iki ölkə arasında “yenidənqurma siyasəti” aparılırdı. Amma bir müddətdən sonra ölkələr arasındakı münasibətlərdə gərginləşmə baş verdi.

Xarici və yerli politoloqlar da iddia edirlər ki, bu hal ABŞ-ın yeni prezidenti Donald Trampın da hakimiyyəti dövründə baş verəcək.

Məsələ ilə bağlı Modern.az-a keçmiş xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov açıqlama verib.

Tofiq Zülfüqarov hesab edir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətinin əsas istiqaməti daxili məsələlərlə daha çox məşğul olmaqdır.

“Trampın  hakimiyyəti dövründə ABŞ-ın xarici siyasətində bir növ izoliyasiya siyasəti aparılacaq. Digər böhran vəziyyətində olan  bölgələrdə ABŞ-ın iştirakı azalacaq. Yəni prinsiplərdən çəkinib, maraqlara üstünlük veriləcək. Əsas istiqamət bundan ibarət olacaq. Çünki,  Tramp bunu bir neçə dəfə öz çıxışı ilə də bəyan edib”.

Politoloq bildirib ki, Trampdan qabaq Barak Obama da hakimiyyətə gələndə buna bənzər siyasət təklif edirdi.

“Bu siyasət də ona gətirib çıxardı ki, ABŞ əsgərlərinin böyük bir qismi Əfqanıstandan çıxarıldı. Bu baxımdan həmin tendensiya davam edəcək”.

O, həmçinin qeyd edib ki, Trampın hakimiyyəti dövründə Rusiya və ABŞ arasındakı əməkdaşlıq daha da genişləndiriləcək.

“Əgər Rusiya ilə münasibətlərin normallaşması tendensiyası özünü doğrultsa, ABŞ üçün Rusiya çox vacib partnyor olacaq. Postsovet məkanında, digər bölgələrdə bu əməkdaşlıq öz perspektivliyini göstərəcək. Bu fəallıq  digər bölgələrdə də daha çox  özünü biruzə verməyə başlayacaq”.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi