“Noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və görmə qabiliyyətini zəiflədən digər vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb olunacaqlar”.
Bu haqda Modern.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Polkovnik deyib ki, “Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, qaydalara riayət etməyən sürücülər cəzalanacaqlar:
““May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. Bu qayadaya riayət etməyən sürücülər 150 manat məbləğində cərimə ediləcəklər”.
Gülşən RAUFQIZI