Modern.az

“Samur” gömrük postunda sıxlıq aradan qaldırıldı 

“Samur” gömrük postunda sıxlıq aradan qaldırıldı 

Aktual

15 Noyabr 2016, 10:37

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

     
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur”  gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

 “Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur”,-deyə Dövlət Gömrük Komitəsindən bildirilib.



Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi