Modern.az

Maşallah Əhmədovun cinayət işinə görə iranlı həbs olundu

Maşallah Əhmədovun cinayət işinə görə iranlı həbs olundu

Aktual

15 Noyabr 2016, 11:10

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə iranlı şahid Məhəmmədpur Əlirza həbs olunub.

Məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün vaxt istəyib. İş üzrə növbəti məhkəmə prosesi noyabrın 22-ə təyin edilib.

 

M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi