Modern.az

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komanda məntəqəsində - FOTOLAR

Zakir Həsənov Hərbi Hava Qüvvələrinin komanda məntəqəsində - FOTOLAR

Aktual

15 Noyabr 2016, 11:38

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə müdafiə nazirinə məruzə olunub.

 

İdarəetmənin, təminatın, yardımçı qrupların, məntəqələrin işinin, döyüş növbətçiliyinin təşkili və aparılması məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təmin edilən mobil qərargahda fəaliyyətləri izləyən müdafiə naziri müvafiq göstərişlər verib.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi