Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) “Islam dövləti” (İŞİD) terror təşkilatı ilə əlaqəsi olan qruplaşmanın 5 üzvünü saxlayıb.
Modern.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, saxlanılanlar İnquşetiyada və Moskvada terror aktları planlaşdırıblar.
FTX-nin keçirdiyi əməliyyat nəticəsində iki partlayıcı maddə və digər silah-sursat da ələ keçirilib.
Qeyd edək ki, noyabrın 12-də də Moskvada və Sankt-Peterburqda terakt törətmək istəyən 10 nəfər tutulub. FTX-nin məlumatına görə, onlar Mərkəzi Asiyadan gələnlər olub.
Onlardan 4 güclü partlayıcı qurğu aşkar edilərək götürülüb. Saxlanılanlar İŞİD terror təşkilatı ilə əlaqəlidirlər.
Aqşin Kərimov