Azərbaycanda "Gənclər siyasəti haqqında" qanuna bir sıra əlavə və dəyişiklər təklif edilir.
Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin bugünkü iclasında komitə sədri Fuad Muradov məlumat verib.
Deputat bildirib ki, ölkə başçısının gənclərlə bağlı həyata keçirdiyi çevik və innovativ siyasət mövcud qanuna dəyişikliyi labüd edir.
F.Muradov söyləyib ki, qanuna təklif edilən dəyişikliklərlə bağlı müxtəlif yanaşmalar var: “Burada əsas məqsəd dəyişiklikləri geniş müzakirəyə çıxarıb yekun rəyə gəlməkdir. Layihədə gənclər siyasəti ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Bundan başqa, aztəminatlı gənc, gənc alim, sosial təcridə məruz qalmış gənc kateqoriyaların da qanunda daha geniş şəkildə yararlanmasına diqqət yetirilir. Məşğuluq baxımından hərbi xidmətdə olan, cəzaçəkmə müəssisələrində cəza çəkən, cəzaçəkmə müəssisələrindən azad olunmuş, habelə işdən azad olunmuş gənclərin məşğulluq problemlərinin, iş tapmaqda çətinliklərinin aradan qaldırılması və digər məsələlər öz əksini tapıb”.
Ağa AKİFOĞLU