Modern.az

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır

Aktual

15 Noyabr 2016, 12:01

Azərbaycanda Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır.

 

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişiklərdə öz əksini tapıb. Qanuna əlavə edilən 10.4-cü maddədə bildirilir ki, gənclər siyasətinin həyata keçirilməsinə nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılır.

 

Komissiya ictimai əsaslarla fəaliyyət göstərir və tərkibinə bilavasitə gənclər siyasəti ilə məşğul olan mütəxəssislər, gənclər təşkilatlarının nümayəndələri, istedadlı və yaradıcı gənclər daxil edilir.

 

Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi