Modern.az

Gənclərə bir sıra pulsuz İMTİYAZLAR veriləcək

Gənclərə bir sıra pulsuz İMTİYAZLAR veriləcək

Aktual

15 Noyabr 2016, 12:05

Azərbaycanda gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz tibbi müayinə, dövlət mülkiyyətində olan idman, sağlamlıq, mədəniyyət obyeklərindən pulsuz istifadə etmək imkanlarının genişləndirilməsi təklif olunur.

Modern.az-ın xəbərinə görə, bu təkliflər  "Gənclər siyasəti haqqında" qanuna təklif olunan bir sıra əlavə və dəyişiklərdə öz əksini tapıb.

Təklif olunan dəyişiklərə görə, artıq gənc hesab olunan vətəndaşların ölkədə bir sıra xidmət sahələrindən pulsuz istifadə etmələri üçün xüsusi imtiyazlar yaradılacaq. Layihənin ictimai müzakirəsi davam edir.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi