Türkiyənin Baş naziri Binali Yıldırım dekabrın ilk həftəsində Rusiyaya səfər edəcək. Bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.
Məlumata görə, rusiyalı həmkarı Dmitri Medvedyevlə ilə görüşdə B.Yıldırım iki ölkə arasında münasibətlərin daha da normallaşdırılması istiqamətində növbəti addımları müzakirə edəcək.
Türkiyəli Baş nazirin həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşü də gözlənilir.
Modern.az