Moskva vilayət məhkəməsində avtomobil sürücülərinə qarşı silsilə cinayətlər törədən “GTA bandası” adını alan qruplaşmanın cinayət işi başlayıb.
Modern.az xəbər verir ki, 2013-2014-cü illərdə Moskva və Kaluqa vilayətinin avtomobil sürücülərini qorxu altına saxlayan dəstənin qurbanlarından 2-si Azərbaycan vətəndaşları Qalib Gülalıyev və Ziyafət Məmmədov olub.
İstintaqın yaxınlarda müəyyən etdiyi bu faktla bağlı “GTA bandası”nın özbək əsilli üzvü Ənvər Uluqmuradov cavab verməli olub. Məhkəmə prosesinə zərərçəkmişlərdən heç biri gəlməyib. Müəyyən olunub ki, həm Ziyafət Məmmədov, həm də Qərib Gülalıyev hadisədən sonra Azərbaycana geri dönüblər.
Cinayətin təfərrüatlarına gəlincə, 2013-cü il avqustun 4-də Bryansk vilayətində yarmarkada iştirak edən fermerlər Qərib Gülalıyev və Ziyafət Məmmədov Moskvaya geri qayıdarkən M-3 şossesi yaxınlığında yerləşən “Apelsin” kafesində günorta yeməyi üçün dayanırlar. Yarım saatdan sonra kafeni tərk edən zaman onlar Mərkəzi Asiyadan olan və “GTA Bandası”nın üzvləri tərəfindən hücum olub. Dəyənək və zəncirlə azərbaycanlı fermerlərə ağır xəsarətlər yetirən cinayətkarlar zərərçəkmişlərin “Ford Tranzit” avtomobilindən 257 min rubl (6700 manat) pullarını da oğurlayıblar.
Yaralı halda xəstəxanaya yerləşdirilən azərbaycanlı fermerlər müalicələrini bitirdikdən sonra Azərbaycana qayıdıblar.
Vüqar İSMAYILOV