Modern.az

Seyran Ohanyana XƏBƏRDARLIQ: Haqqında kompromatlar var

Seyran Ohanyana XƏBƏRDARLIQ: Haqqında kompromatlar var

Aktual

15 Noyabr 2016, 13:20

Ermənistanda hökumətin yenidən formalaşdırılması zamanı istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın müxalifətə keçməklə bağlı niyyəti baş tutmaya bilər. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, onun bu planı hətta tamamilə iflasa uğrayıb və Viktor Daalakyan yeni partiya yaratmaq məsələsində tək qalıb.

 

Məlumatda qeyd edilir ki, Seyran Ohanyana onun barəsində kifayət qədər kompromatların olduğu da çatdırılıb.

“Ancaq ötən həftənin axırında proseslərin sürətli inkişafı müşahidə olunub. Etibarlı mənbənin bildirdiyinə görə, Ohanyanın yaxın 3 dostu prezident Serj Sərkisyanla görüşüb. Məqsəd generallabarış nöqtələri tapmaq ümidi olub. Müsbət cavab alındıqdan sonra həmin şəxslər Ohanyanla bir araya gələrək onu təhlükəli oyuna girməməsinə razılaşdıra biliblər”, - məlumatda vurğulanır.

 

Beləliklə, Ohanyanın bundan sonra müxalifət mövqeyindən çıxış etməyəcəyi də təsdiqlənib. Hətta belə qərara gəlnib ki, növbəti parlament seçkilərində o, hakim Respublikaçılar Partiyasının siyahısından deputat olacaq və bunun üçün də adı siyahıda ilk onluğa salınacaq. 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi