Modern.az

Pakistan Gülən məktəbinin müəllimlərini ölkədən çıxarır

Pakistan Gülən məktəbinin müəllimlərini ölkədən çıxarır

15 Noyabr 2016, 20:55

Pakistan hökuməti də Fətullah Gülənin tərəfdarlarına qarşı tədbirlərə başlayıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pakistan DİN rəhbəri Çoudri Nisar Əli Xan yerli telekanallardan birinə müsahibəsində bildirib.

Çoudri Nisar Əli Xanın sözlərinə görə, Fətullah Gülənin tərəfdarlarınaməxsus təhsil müəssisələrində tədris keçən müəllimlərdən ölkəni tərk etməyi tələb edib: “Hökumət ölkədə FETÖ-yə məxsus 23 məktəbdə çalışan 108 müəllimin ailələri ilə birlikdə noyabrın 20-dək  Pakistanı tərk etmələrini tələb edib. Ümumilikdə ölkədən 400 nəfərin çıxarılacağı ehtimal edilir”.

 

Qeyd edək ki, Pakistanda FETÖ-yə məxsus məktəblər "PakTurk" adı altında fəaliyyət göstərir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil