Perunun paytaxtı Lima şəhərində güclü yanğın olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, yanğın paytaxtın ən iri ticarət mərkəzlərinin birində baş verib. Güclü yanğın nəticəsində 8 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində 13 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd edək ki, yanğın baş verən “Lacromar” ticarət mərkəzi noyabrın 19-20-də Limada prezidentlər səviyyəsində keçiriləcək beynəlxalq sammit iştirakçılarının qalacaqları otellərin yaxınlığında yerləşir.
Modern.az