Modern.az

Bu gün Şuşa şəhidinin ad günüdür!

Bu gün Şuşa şəhidinin ad günüdür!

17 Noyabr 2016, 11:06

Bu gün Şəhid Gündüz Hidayət oğlu Səmədovun doğum günüdür...

 

Səmədov Gündüz Hidayət oğlu – 1957-ci il noyabr ayının 17-də Xankəndində anadan olub. Daxili xidmət kiçik leytenantı Gündüz Səmədov 1977-1979-cu illərdə Sverdlovsk şəhərində hərbi xidmət keçib. 1986-cı ildən Şuşa 1 saylı həbs evində nəzarətçi, 1992-ci ilin mart ayından isə Şuşa həbs evi rəisinin növbətçi köməkçisi vəzifəsində çalışıb.

 

 

Kərkicahanda ilk özünümüdafiə dəstəsinin yaradılmasının təşəbbüskarı və təşkilatçılarından biri olmaqla Kərkicahan döyüşçülərinin döyüş sursatı ilə təmin olunmasında əvəzsiz xidmətləri olub.

 

 

1990-cı ildə M.Ə.Rəsulzadə adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Universitet kollektivi onun əziz xatirəsini həmişə hörmətlə yad edir. 1992-ci il may ayının 8-də Şuşanın müdafiəsi zamanı başından aldığı snayper gülləsindən həlak olub. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə ölümündən sonra ona “Vətən uğrunda” medalı verilib. Allah Rəhmət Eləsin!

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi