Modern.az

ABŞ-da partlayış: ölən var

ABŞ-da partlayış: ölən var

17 Noyabr 2016, 11:50

ABŞ-ın İllinoys ştatında güclü partlayış baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kenton şəhərində baş verib. Qaz partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

 

Partlayış zamanı bir neçə yaşayış evinə ciddi ziyan dəydiyi bildirilib. Hadisə yerinə dərhal polis və xilasedicilər cəlb olunub. Xəsarət alanlar yaxınlıqda olan xəstəxanalara yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi