Bu gün Şamaxı rayonunda ana ölümü qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə ötən gecə baş verib.
Artıq ana ölümünün ilkin səbəbləri açıqlanıb. Hadisə Şamaxı Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.
Ərçiman kənd 1996-cı il təvəllüdlü Nuriyeva Qaratel Bəxtiyar qızı təbii doğuşla qız övladı dünyaya gətirib.
Doğuşu qəbul edən mama-ginekoloq Nəzakət Abdulrazaqova APA-ya bildirib ki, normal keçən doğuşdan bir sutka sonra qadının vəziyyəti qəflətən pisləşib. Bu zaman aparılan müayinələr zamanı anada qaraciyər sirrozu, HELLP sindromu, kəskin qaraciyər və böyrək çatışmazlığı aşkarlanıb.
Həkimin sözlərinə görə, bütün tədbirlərini görülməsinə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb.
Bu, qadının ilk hamiləliyi olub.
Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.
Modern.az