Mərkəzi ABŞ-da yerləşən beynəlxalq araşdırma qurumu Brookings İnstitutu, son bir 1 ildə dünyada keçirilən internet, servis və proqramlara qoyulan qadağanın hesabını açıqlayıb.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, statistikaya görə 2015-ci ilin iyul ayından 2016-cı ilin iyun ayına qədərki internet qadağaları, dünya iqtisadiyyatına 2,4 milyard dollara başa gəlib.
İnternet qadağaları Türkiyə iqtisadiyyatına isə 35 milyon dollara başa gəlib.
Brookings İnstitutunun araşdırmalarına görə, beynəlxalq aləmdə qadağaları ən çox internet kəsintiləri tutur. Bu kəsintilər 1 milyard dollardan çox itkiyə səbəb olub. Hindistan internet qadağalarına görə birinci sırada yer alıb. Belə ki, Hindistanda 1 ildə 70 gündən çox internet qadağaları olub.
Modern.az ölkələr üzrə statistikanı təqdim edir:
Ölkə |
İnternet Kəsintisi (gün) |
Maliyyə(dollar)
|
Hindistan | 70.54 | 968,080,702 |
Səudiyyə Ərəbistanı | 45 | 465,280,632 |
Fas | 182 | 320,456,034 |
İraq | 2.75 | 209,578,705 |
Braziliya | 5 | 116,038,230 |
Konqo | 15 | 72,514,694 |
Pakistan | 3.83 | 69,769,394 |
Banqladeş | 25 | 69,178,309 |
Suriya (İŞİD bölgəsi) | 348 | 47,945,886 |
Türkiyə | 2.75 | 35,142,917 |
Əlcəzair | 6 | 20,504,794 |
Vyetnam | 4 | 11,921,178 |
Efiopiya | 30 | 8,539,355 |
Suriya (İŞİD xaricindəki bölgə) | 0.6 | 8,323,938 |
Çad | 1 | 3,712,931 |
Uganda | 5 | 2,160,617 |
Bəhreyn | 8 | 1,246,616 |
Liviya | 0.04 | 414,194 |
Şimali Koreya | 0.29 | 313,666 |
Cəmi | 753 | 2,431,122,803 |
Qafar Ağayev