Modern.az

İŞİD-in məxfi sənədləri ələ keçdi

İŞİD-in məxfi sənədləri ələ keçdi

17 Noyabr 2016, 17:56

İŞİD terror qruplaşmasına məxsus sənədlər ələ keçib.

 

Trend-in məlumatına görə, keçən həftə Mosul əməliyyatı çərçivəsində İŞİD-dən təmizlənən Başika qəsəbəsindəki bəzi qərargahlarda terrorçuların yazışmaları tapılıb. Belə ki, sənədlərdə Əbu Müaviyə adlı İŞİD komandarinin imzası ilə terrorçulara ABŞ təyyarələrinin vurulmaması əmr edilir.

 

Əmrin mətnində deyilir: "Hansı yüksəklikdə olursa-olsun, lap evlərin üstündən uçsa belə, təyyarələrə heç bir silahla atəş açılmasın".

 

Bəzi analitiklər bu faktın növbəti dəfə İŞİD terrorçularının ABŞ ilə əlbir olduğunu göstərdiyini bildirib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi