Modern.az

Millət vəkili mükafatlandırılıb

Millət vəkili mükafatlandırılıb

17 Noyabr 2016, 20:41

Millət vəkili Adil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının mükafatına layiq görülüb. Modern.az saytı xəbər verir ki, tədbirdə çıxış edən deputat mükafatlandırma mərasimində iştirak edən millət vəkilləri, dövlət rəsmiləri və ictimai xadimlərə, habelə onu bu mükafata layiq görənlərə təşəkkürünü bildirib.

 

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə isə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili A. Əliyevin fəaliyyətini yüksək dəyərləndirib, təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib.

 

Rəsmi hissənin sonunda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara başqanı Xaləddin İlkin millət vəkilinə Akademiyanın fəxri doktorluq adını və “Qızıl ulduz” medalını təqdim edib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi