"Aprel hadisələri Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvonun qeyri-sabit olduğunu göstərdi. Biz hesab edirik ki, hazırda da status-kvo qeyri-sabitdir ". Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfirliyində jurnalistlərlə görüş zamanı ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink bildirib.
ABŞ rəsmisi danışıqların bərpa edilməsi və etimadın möhkəmləndirilməsi üzrə işlərin aparılmasının vacibliyini vurğulayıb: “Münaqişənin nizama salınmasının Ermənistan üçün də müsbət nəticəsi olacaq".
Modern.az