Ukrayna Ali Radasının heç bir fraksiyaya üzv olmayan deputatı Oleq Musiy Radikal Partiyanın lideri Oleq Lyaşkonu “siyasi fahişə” adlandırıb.
“Hakimiyyət Lyaşkodan real siyasi müxalif qüvvələrə qarşı istifadə edəndə, bunu hakimiyyətin ondan istifadə texnologiyası hesab edirəm. O, çox təəssüf ki, indi keçmiş parlamentdəki Kommunist Partiyasının rolunu oynayır. Siyasi fahişə kimi 30 dollara srebrenik satır”, - Modern.az xarici mediaya istinadən bildirir ki, Musiy deyib.
Deputat eləcə də Lyaşkonun “Batkivşina” partiyasının lideri Ukrayna vətəndaşlığından məhrum olunması ilə bağlı çıxışını pisləyərək qeyd edib ki, buna görə xəcalət çəkir. Onun fikrincə, insanlar bir-birini alçaldır və dövlət üçün böyük problem olan hakimiyyətin əlinə oynayır.
Modern.az