İraqda daha bir terror aktı törədilib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, toy şənliyi zamanı törədilən partlayış nəticəsində 16 nəfər həyatını itirib. Hadisə zamanı 30 nəfərdən artıq insan yaralanıb.
İlkin məlumata görə, minalanmış avtomobil Bağdadın 50 kilometrliyində yerləşən Anbar əyalətinin Əl-Fəluca şəhərinin cənubndakı Amariya yaşayış məntəqəsindəki toyda partladılıb.
Partlayışın məsuliyyətini hələlik heç bir terrorçu qruplaşma üzərinə götürməyib.
Modern.az