"Bir çoxlarının əsas arzusu şəxsi biznes açmaqdır. Gənc qadın və kişilər öz şəxsi bizneslərini açmaqla iqtisadiyyatın qurulmasında və inkişafında güclü rol oynayırlar".
Modern.az xəbər verir ki, bunu Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsi ilə ABŞ hökumətinin maliyyə dəstəyi ilə 2016 Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirdə bildirib ki, Azərbaycanın sahibkarlığın inkişafı istiqamətində atdığı addımları dəstəkləyir.
"ABŞ-ın Azərbaycanla tərəfdaşlıq etməyə hazır olduğunu bir daha qeyd edirəm".
Qeyd edək ki, 8 il əvvəl 77 ölkədə başlamış Qlobal Sahibkarlıq Həftəsi 2 dəfə böyüyərək hazırda 160 ölkədə qeyd olunur.
Aqşin KƏRİMOV