Modern.az

“Uşaq hüquqlarının müdafiəsi üzrə mühüm sənədlər hazırlanır”

“Uşaq hüquqlarının müdafiəsi üzrə mühüm sənədlər hazırlanır”

Aktual

18 Noyabr 2016, 11:52

“Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması halları daim araşdırılır”.

 

Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün "Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız" mövzusunda keçirilən tədbirdə deyib.

Komitə sədri deyib ki, uşaq problemləri sahəsində məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun nümayəndələrinin, habelə beynəlxalq təşkilatların cəlb edilməsi əsas vəzifələrdəndir:

 

“Hazırda ölkədə 2 milyon 600 minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir”

H.Hüseynova əlavə edib ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu Konvensiyanın iki əlavə fakültativ protokolları olub. Onun sözlərinə görə, Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə üç dövrü hesabat təqdim edib:

"Çox sevindirici haldır ki, ildən-ilə Azərbaycan Hökuməti tərəfindən görülən işlər müsbət qiymətləndirilir. Hazırda növbəti hesabata hazırlıq işləri aparılır.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır. Artıq Uşaq Strategiyası yekunlaşdırılib, adiyyatı qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır".

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi