Modern.az

Fuad Muradov Fransada Moldovadakı prezident seçkilərini müzakirə edəcək

Fuad Muradov Fransada Moldovadakı prezident seçkilərini müzakirə edəcək

Aktual

18 Noyabr 2016, 17:06

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad  Muradov, Hüquq  siyasəti  və  dövlət  quruculuğu  komitəsinin  sədr  müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının  Büro  və prosedur  qaydaları  üzrə  işçi  qrupunun  iclaslarında  iştirak  etmək  üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərində səfərdə  olacaqlar. 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Toplantılarda cari ildə Belarusda və  Gürcüstanda keçirilmiş  parlament,  Moldovada  prezident  seçkilərinin nəticələri müzakirə  ediləcək,  qurumun  gələcəkdə  qəbul  edəcəyi qətnamələr barədə  fikir  mübadiləsi  aparılacaq, növbəti  tədbirlərin keçiriləcəyi ölkələr və tarixlər müəyyən olunacaq.

 


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Qadın siyasətçilər” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 20-dən 26-dək Almaniyada səfərdə olacaq.

Berlin şəhərində keçiriləcək toplantıda deputatımız “Azərbaycanda  qadın  hüquqları, ailədə və siyasətdə onların rolu”  mövzusunda  məruzə  edəcək, qanunvericilikdə gender bərabərliyinin təmin olunmasından  söhbət  açacaq.

 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi