Modern.az

  Cəzaçəkmə müəssisəsində məhbus öldü

  Cəzaçəkmə müəssisəsində məhbus öldü

Aktual

18 Noyabr 2016, 22:21

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsində məhbuslardan biri qəflətən dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, Virtualaz.org saytı Şirvan bürosunun əldə etdiyi məlumata görə,1966-ci ildə anadan olmuş Sabirabad rayon sakini Ağacanov Mübariz Tədbir oğlu müəssisənin sanitar qovşağında olarkən qəflətən halı pisləşib və dünyasını dəyişib.

 

Məhbusun ölümünün dəqiq səbəbi hərtərəfli tibbi ekspertizadan sonra müəyyən olunacaq.

 

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi