Tərtərdə 3 otaqlı evdə yanğın baş verib. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Bəyimsarov kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Məlumata görə, yanğın nəticəsində evin 1 otağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az