Modern.az

“Zika” virusu  ilə bağlı fövqəladə vəziyyət bitdi

“Zika” virusu  ilə bağlı fövqəladə vəziyyət bitdi

Aktual

19 Noyabr 2016, 00:38

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda “Zika” virusunun yayılması  ilə bağlı fövqəladə vəziyyətin bitdiyini elan edib. Modern.az saytı xəbər verir ki, ÜST-ün yaydığı məlumata görə, Zika virusu və onun yaratdığı fəsadlar əhəmiyyətli və uzunmüddətli problem olaraq qalmaqdadır.

Məlumatda daha sonra vurğulanır ki, buna baxmayaraq virus beynəlxalq səviyyədə ictimai səhiyyə sistemi üçün təhlükə kəsb etmir.

Xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan “Zika” virusu mikrosefaliya xəstəliyinin yaranmasına (başın digər orqanlara nisbətən kiçilməsi) səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.  Virusa yoluxma əsasən milçək və ağcaqanadlar vasitəsilə baş verir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi