Modern.az

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib  

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib   

Aktual

19 Noyabr 2016, 08:54

Ötən gecə Qəbələ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun cəsədini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 01:58-də başa çatıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi