Modern.az

Moskvada “Ded Xasan”dan sonra ilk dəfə “qanuni oğru” öldürüldü

Moskvada “Ded Xasan”dan sonra ilk dəfə “qanuni oğru” öldürüldü

Aktual

19 Noyabr 2016, 09:28

Moskva şəhərində 2013-cü ildə kriminal avtoritet “Ded Xasan”ın qətlə yetirildiyi tarixdən sonra ilk dəfə “qanuni oğru” öldürülüb. Modern.az saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu, 40 yaşlı Georgi Şirinovdur. Gürcü əsilli “qanuni oğru” kriminal aləmdə “Gürzə” ləqbilə tanınırdı. Başından aldığı zərbələr nəticəsində beyin silkələnməsi diaqnozu qoyulan “Gürzə”ni həkimlər xilas edə bilməyiblər.

Faktla əlaqədar istintaq araşdırması aparılır.

Qeyd edək ki, 2013-cü ildə kriminal avtoritet “Ded Xasan”ın qətlə yetirildiyi tarixdən sonra “qanuni oğru”larla bağlı bir sıra ölüm halları ilə nəticələnmiş hadisələr baş verib. Həmin hadisələrin hamısı Rusiya sərhədlərindən kənarda törədilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi