Bakının Binəqədi rayonunun Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə baş verən zaman yanğın olan mənzilin sahibləri evdə olmayıblar. Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verməsi ehtimal olunur.
Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub. Xəsarət alan yoxdur.
Modern.az