Modern.az

ADA Universitetində qanvermə aksiyası keçirilib

ADA Universitetində qanvermə aksiyası keçirilib

19 Noyabr 2016, 11:48

ADA Universitetinin Tələbə Mərkəzində qanvermə aksiyası keçirilib. Modern.az-ın məlumatına görə, qanvermə aksiyasında universitetin 18-65 yaş arası müəllim və tələbə heyəti iştirak edib. Aksiyanın məqsədi talasemiya, leykemiya ve digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etməkdir.  Bir nəfərin qanverməsinin üç həyat xilas edə biləcəyini nəzərə alan Universitet icmasının üzvləri bununla məhz ehtiyacı olanlara yeni ümid və həyat hədiyyə etmək istəyirlər. Aksiyanı ADA tələbələri Milli Qan Bankı ilə birgə həyata keçiriblər.  

Qeyd edək ki, bu kimi layihələri bütün fakültələr üzrə tələbələr aldıqları “Liderlik” kursu çərçivəsində tapşırıq kimi həyata keçirirlər. Ən yaxşı sosial layihələr ilin sonunda ADA Univesitetinin "Hacı Zeynalabdin Tağıyev adına mükafat"- ına layiq görülür.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi