Modern.az

Türkiyə Prezidentinin köməkçisi  Bakıya gəlir

Türkiyə Prezidentinin köməkçisi  Bakıya gəlir

Aktual

19 Noyabr 2016, 13:52

Noyabr  ayının  22 və 27-də  Bakıda Türk  filmləri  həftəsinə start veriləcək.

Modern.az xəbər verir ki, türk filmləri həftəsi öncəsi Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi  Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri  Metin Gündogdu 21 noyabrda Bakıya gələcəklər. 

Yalçın Topçu,  Metin Gündoğdunun iştirakı ilə 21 noyabr saat 11.00- də Avropa Otelində Azərbaycan media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq. Orada Türkiyə -Azərbaycan  münasibətləri, 15 iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə yanaşı türk filmləri həftəsi mövzusunda danışılacaq.

Mətbuat konfransında, Azərbaycanın əməkdar artisti  Azərin  15 Temmuz Geces”  adlı mahnısını ifa edəcək.

Namidə BİNGÖL

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi