Amerikanın Nevada ştatının qərbində sanitar təyyarə qəzaya uğrayıb.
Moden.az xarici mediaya istinadən xəbər verir ki, bütün sərnişinlər və ekipay üzvləri həlak olublar.
Məlumatda qeyd edilir ki, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra uçuş-enmə zolağı yaxınlığındakı avtomobillərə çırpılaraq partlayıb.
Göyərtəsində iki ekipaj üzvünün, tibb bacısı və pasiyentin olduğu təyyarə xəstəni Yuta ştatındakı xəstəxanaya çatdırmalı idi.
Modern.az