Modern.az

Qənirə Paşayeva Kahramanmaraşda Qarabağ həqiqətlərindən danışıb

Qənirə Paşayeva Kahramanmaraşda Qarabağ həqiqətlərindən danışıb

19 Noyabr 2016, 15:16

Türkiyənin Kahramanmaraş bölgəsinə səfər edən millət vəkili Qənirə Paşayeva  vali Vahdettin Özkanla  görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyib, terroru və arxasında duranları lənətləyib.
Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət Q.Paşayeva “o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara  layiq olduqları cavabı verəcəyik,  qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək” deyib.
O, terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu söyləyib.

“Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür” deyən vali Vahdettin Özkan azərbaycanlı şəhidlərə Allahdan rəhmət diləyib və “Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq” deyib.

Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. O, Kahramanmaraş  valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib.

İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif  bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Kahramanmaraş vilayəti arasında əlaqələrin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim Kahramanmaraşın da yer alacağını bildirib.

Qənirə Paşayeva Kahramanmaraş valisini ölkəmizə dəvət edib. Millət vəkili görüşdə Kahramanmaraşda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.  Vali Vahdettin Özkan millət Q.Paşayevanın  Kahramanmaraşda keçirdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. 


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi