Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında erməni deputatla mübahsəli anlar yaşayıb.
Modern.az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, sessiyadakı çıxışından sonra sualları cavablandıran Çavuşoğlu, toplantıda Ermənistan adından iştirak edən deputat Koryun Nahapetyanın "Türkiyənin fəal şəkildə İŞİD-i dəstəklədiyi və tətbiq etdiyi siyasətlərin regionda qeyri-sabitliyə yol açdığı" iddialarına sərt cavab verib.
Çavuşoğlu Türkiyənin "Yurdda sülh, cahanda sülh" anlayışı üzrə qonşularla problemsiz əlaqələrə davam etdirmək yolunda olduğunu vurğulayıb.
Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu bildirib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mən işğal etmişəm? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".
M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.