“Sosial-İqtisadi və Ekoloji inkişaf” İctimai birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Birlik və inkişaf modeli olan Azərbaycançılıq” layihəsinin icrası ilə əlaqədar Şamaxı və İsmayıllı rayonlarında maarifləndirici tədbirlərini keçirilməsini davam etdirir.
Şamaxı rayonu Təhsil şöbəsinin konfrans zalında keçirilən tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, veteranlar və məktəb müəllimləri iştirak edib.
Tədbiri giriş sözü açan QHT sədri layihə haqqında məlumat verərək, bildirib ki, Azərbaycançılığın ümummilli məfkurəyə, bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi məhz xalqımızın dahi şəxsiyyəti Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub.
“Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq ideologiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışıb”.
QHT sədri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan Azərbaycançılıq konsepsiyasını irəli sürdüyünü, Azərbaycançılığın öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, ümumbəşəri dəyərlərə inteqrasiyasından bəhrələnmək demək olduğunu bildirib.
Təbirdə iştirak edən nümayəndələr də Azərbaycançılıq ideologiyasının inkişafının ilk olaraq böyüməkdə olan yeni nəsilə təhsil müəsissələrindən başlayaraq təbliğ olunmasının vacib olduğunu vurğulayıblar.
Eyni adlı layihə ilə həyata keçirilən tədbir İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində davam etdirilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə QHT sədri R.Mehdiyeva və Birliyin digər üzvləri layihənin əsas məqsədi olan Azərbaycançılıq ideolgiyasının respublikamızdan kənrada yaşayan dünya azərbaycanlılarının da dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsində, vətəndaşlıq, milli dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, təbliğatının aparılmasında böyük rolunu da vurğulayıblar.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova ,YAP rayon təşkilatının sədri Əzizə Vahabova dövlət qulluğu veteranı Valeh Salehov, rayon veteranlar şurasının sədri maraqlı, məzmunlu diskusiya aparıblar.