FİFA-dakı korrupsiya qalmqalına görə postunu tərk edən Ekvadorun Futbol Federasiyasının keçmiş prezidenti Luis Çiriboqa pul yuyulmasında təqsirkar hesab olunub.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 70 yaşlı Çiriboqanı 10 il azadlıqdan məhrum edib.
O, cəzasını yaşına görə çox güman ki, evində çəkəcək.
Çiriboqa 2010-2015-ci illərdə qanunusuz yolla 6,12 milyon dollar almaqda şübhəli bilinib.
FİFA-nın bəzi yüksək vəzifəli məmurları 2015-ci ilin may ayında Sürixdə korrupsiyada günahlandırlaraq həbs olunublar.
Modern.az