Modern.az

Alim Qasımov Türkiyədə konsert verəcək

Alim Qasımov Türkiyədə konsert verəcək

Aktual

19 Noyabr 2016, 18:11

Xalq artisti, məşhur xanəndə Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova növbəti qastrol səfərinə hazırlaşırlar.
Modern.az xəbər verir ki, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı Türkiyənin İzmir şəhərində konsert verəcək. Xalq artisti, noyabrın 30-u saat 20:00-da Camerata İzmir qrupu ilə birgə səhnəyə çıxacaq.
Hakan Şensoyun dirijorluq etdiyi konsert Böyük Salonda baş tutacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi