Modern.az

Gəmi qayıqla toqquşub: 15 itkin

Gəmi qayıqla toqquşub: 15 itkin

Dünya

19 Noyabr 2016, 20:36

İndoneziyanın Şərqi Yava əyalətindəki Tuban dairəsinin sahilində gəminin qayıqla toqquşması nəticəsində 15 nəfər itkin düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, toqquşma yerli vaxtla saat 04:10-da qeydə alınıb. Gəmi Vyetnam bayrağı altında üzüb. İndoneziya dənizçilərinin qayığında isə 27 nəfər olub.

İtkin düşən 15 nəfərin hamısı qayıqdakı sərnişinlər olub. 12 nəfəri isə xilasedicilər sahilə çıxara biliblər.

Axtarışlar davam edir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU